Fransız vəkillərdən qalmaqallı addım- ÖZƏL

Terror təşkilatı PKK/YPG-yə dəstəyi ilə tanınan Fransa növbəti dəfə qalmaqala imza atıb. Terror təşkilatı PKK/YPG-lilərə ötən ay Fransa Senatında qonaq edilərək sözdə şərəf medalı verilməsinin əks-sədası gələrkən, fransız deputatlar da oxşar hadisə ilə gündəmdədir. Hakim İntibah Partiyasının deputatları PKK/YPG liderlərini qonaq edib. Fransalı deputat Sara Tənzilli qalmaqallı görüşün fotosunu sosial media hesabında paylaşaraq terrorçularla görüş barədə məlumat verib. Mart ayında PKK/YPG üzvləri Fransa Senatında qonaq edilib, terrorçulara qondarma şərəf medalları verilib. Hadisədən sonra Fransanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və qalmaqallı hadisə pislənib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31