Ərdoğan sürpriz adlarla yeni komanda formalaşdıracaq - ÖZƏL

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona əlavə  yük yaradan komandasını fəxri pensiyaya göndərərək, cəmiyyətdəki dəyişim dalğasına yetərincə  yeni bir Nazirlər Kabineti ilə getməyi planlayır. Yüksək ehtimalla seçkiyə qısa bir müddət qalmış Ərdoğan  yetərincə sürpriz adlarla yeni bir komanda yaradacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Naizm Cəfərsoy səsləndirib. O bildirib ki, Türkiyə Prezident Ərdoğanın öz nazirlərini millət vəkili siyahılarına daxil etməsi də bundan irəli gəlir: "Bəziləri iddia edir ki, Ərdoğan seçkini uduzacağı üçün komandasını parlamentə yerləşdirməklə  toxunulmazlıq qazandırır. İkinci hissə deyir ki,  komandası çox zəifləyib və  millət vəkili üçün səmərəli şəxslər tapa bilmir. Mən isə Ərdoğanın cox ağıllı bir gediş etdiyini düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31