Türkiyə polisi bayram günlərində səfərbər olacaq - ÖZƏL

Ramazan bayramı günlərində Türkiyə polisi  təhlükəsizlik məqsədilə səfərbər olacaq. "OLATLAR" trthaber-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 10 gün müddətində davam edəcək Ramazan bayramı günlərində 51 300  polis qrupu və 99 245 yol polisi personalı çalışacaq.  Həmçinin 2 min 626 saat havadan müşahidələr aparılacaq. 

Aprelin 14-də başlayacaq təhlükəsizlik tədbirləri aprelin 24-dək davam edəcək.

Bu məqsədlə Türkiyə DİN 81 vilayət rəhbərliyinə də bilgi göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31