Alman təyyarəsi Rusiya SƏRHƏDİNDƏ

Almaniyanın "R-3C Orion" hərbi təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb:

"Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31