Rusların sursat anbarı VURULDU
12 Aprel 2023 21:39 DünyaUkrayna qoşunları gün ərzində rusların şəxsi heyəti və hərbi texnikası olan ərazilərə altı hava zərbəsi endiriblər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində 6 zərbə endirib. Həmçinin düşmənin "Orlan-10" tipli PUA-sı da vurulub", - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, düşmənin sursat anbarını, həmçinin bir RLS-ni vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31