Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda maraqlı hadisə baş verib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarında səmada peyda olan yaşıl işıq vətəndaşlarda maraq doğurub.
Yaşıl işıq uzun müddət səmada asılı qalıb.
Bu əsrarəngiz görüntüləri vətəndaşlar qeydə alaraq sosial şəbəkələrdə paylaşıblar.