Suriya xarici işlər naziri Faysal Mikdad 12 il sonra ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanından olan həmkarı Faysal Fərhanın dəvəti ilə Ciddəyə gedib.
Qeyd edək ki, aprelin 14-də Səudiyyə Ərəbistanında Suriyanın Ərəb Liqasına qaytarılması məsələləri müzakirə olunacaq.