İlan olduğunu düşündülər, yaxınlaşdıqda isə gördüklərindən heyrətə gəldilər - VİDEO

Sosial şəbəkələrdə köç edən tırtılların maraqlı görüntüsü yayılıb. Kadrlar Türkiyənin Tekirdağ vilayətindəndir.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, video müəlliflərinin sözlərinə görə, onlar bu mənzərəni görəndə əvvəlcə yolun üstündə ilan olduğunu düşünüblər. Amma yaxınlaşdıqda bunun şam tırtılları ("Thaumetopea pityocampa") olduğu məlum olub.

Yeni məskənlərinə yollanan tırtılların nizamlı şəkildə, sıradan kənara çıxmayan hərəkəti görənləri heyrətə gətirib. Kadrlarda tırtıl karvanının bir müddət sonra gözdən itdiyi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31