Növbəti ƏMƏLİYYAT: Özünü dərzi kimi təqdim edən qadın və dəstəsi saxlanıldı
12 Aprel 2023 15:46 DünyaTürkiyənin Diyarbəkir vilayətində əməliyyat keçirilib.
Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, əməliyyatlar Mütəşəkkil cinayətlərlə Mübarizə (KOM) şöbəsi tərəfindən həyata keçirilib.
Belə ki, özünü dərzi kimi təqdim edən İ.İ.-nin rəhbərlik etdiyi cinayət təşkilatının üzvləri saxlanılıb.
Aparılan araşdırmalardan sonra qadınları fahişəliyə məcbur etmə, silahlı soyğunçuluq, cinayət, adam öldürməyə cəhd, silah ticarəti kimi cinayətlərin üstü açılıb.
Bildirək ki, barəsində həbs qətimkan tədbiri seçilən 32 şübhəlidən 21-i saxlanılıb. Hazırda digər şəxslərin axtarışları davam edir.
Qeyd edək ki, "Makas" adlı əməliyyat Diyarbəkirlə yanaşı, İstanbul, Mersin, Şanlıurfa və Mardində də baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31