BMT taxıl dəhlizi ilə bağlı bəyanat verib- ÖZƏL
12 Aprel 2023 12:53 DünyaOlaylar.az xəbər verir ki, BMT çərşənbə axşamı elan edib ki, Qara dəniz taxıl dəhlizindən istifadə edən heç bir gəmi yoxlanılmayıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünən Ukrayna Qara Dəniz Taxıl Razılaşması çərçivəsində heç bir gəminin yoxlanılmadığını açıqladı, çünki "tərəflərin əməliyyat prioritetlərini razılaşdırmaq üçün daha çox vaxta ehtiyacı var" və yoxlamaların bu gündən etibarən yenidən başlayacağını bildirib. BMT-nin sözçüsü Stefan Düjarrik deyib ki, "Biz bütün tərəfləri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq ki, gəmilər qlobal ərzaq təhlükəsizliyi maraqları naminə rahat və təhlükəsiz tranzitini davam etdirə bilsinlər".
Taxıl dəhlizi sazişi Rusiya ilə müharibə vəziyyətində olan dünyanın əsas taxıl istehsalçılarından biri olan Ukraynanın taxıl ixracının bərpasına və dünya ərzaq qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Ukraynaya daxil olan və çıxan bütün gəmilər Türkiyə sularında Rusiya, Ukrayna, Türkiyə və BMT rəsmiləri tərəfindən yoxlanılır. Lakin logistik məhdudiyyətlər səbəbindən gəmilər yoxlamadan keçmək üçün öz növbələrini gözləməli olurlar.