İran zəlzələdən istifadə etdi: Yardım adı altında silah göndərdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, fevralın 6-da Türkiyə və Suriyanı silkələyən zəlzələlərdən sonra diqqətçəkən bir iddia ortaya atılıb.  Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyinə danışan mənbələr zəlzələdən sonra Suriyaya yardım adı altında silahların göndərildiyini bildirib. Müharibə və daxili qarışıqlıqların başladığı 10 ildən çox Dəməşq rəhbərliyinə dəstək verən İrana yardım ləvazimatları kimi görünən paketlərdə silah və hərbi texnikanın olduğu bildirilib. 

İran, İsrail və Qərb mənbələri bildiriblər ki, İran strateji müttəfiqi Suriyaya təyyarə ilə silah və hərbi texnika göndərib. Bundan istifadə edərək zəlzələ zamanı yardım paketləri və ləvazimatları göndərib."Reuters"ə danışan mənbələr həmçinin bildiriblər ki, bu silahların göndərilməsində məqsəd İranın Suriyada İsrailə qarşı müdafiəsini artırmaq və Suriya lideri Bəşər Əsədi gücləndirməkdir. Zəlzələdən sonra yüzlərlə İran təyyarəsinin İrandan Suriyanın Hələb, Dəməşq və Latakiya hava limanlarına getdiyi və bu prosesin 7 həftə davam etdiyi qeyd edilib. Silahlardan əlavə, İranın Suriyaya tədarük etdiyi qabaqcıl rabitə vasitələri, radar sistemləri və hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrin göndərildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31