İtaliyada fövqəladə vəziyyət elan edilib- ÖZƏL
12 Aprel 2023 11:39 DünyaOlaylar.az xəbər verir ki, İtaliyada hökumət artan qeyri-qanuni miqrasiya axınını idarə etmək üçün fövqəladə vəziyyət elan etdi.
İtaliyada sağçı koalisiya hökuməti son dövrdə artan qeyri-qanuni immiqrant gəlişləri səbəbiylə ölkə daxilində 6 aylıq fövqəladə vəziyyət elan etdi. Son dövrdə Aralıq dənizini keçərək İtaliyaya gələn qeyri-qanuni miqrantların sayının sürətlə artması baş nazir Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökumətini yeni addımlar atmağa vadar edib. Baş nazir Meloni, kabinet iclasından sonra verdiyi yazılı açıqlamada, "Mühacir axınının idarə edilməsinin daha təsirli və vaxtında cavab verə bilməsi üçün immiqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etdik" deyib. Ölkədə qeyri-qanuni miqrasiya axınlarının idarə olunması üçün fövqəladə vəziyyətin 6 ay davam edəcəyi və fövqəladə hallar üçün 5 milyon avro vəsait ayrıldığı bildirilib.