Pakistanda bombalı HÜCUM

Pakistanın Hayber Paxtunxva əyalətinin Bara bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil uzaqdan idarə olunan bomba ilə partladılıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 2 əsgər ölüb, 4-ü isə yaralanıb.

Təhlükəsizlik qüvvələri hücum edənlərə qarşı əməliyyata başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31