Alman səfirə 48 saat vaxt VERİLDİ
8 Aprel 2023 22:58 DünyaÇad hökuməti Almaniya səfirinə 48 saat ərzində ölkəni tərk etməyi əmr edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" hökumətin bəyanatına istinadən məlumat yayıb.
"Hökumətin bu qərarı nəzakətsiz münasibət və diplomatik ənənələrə hörmətsizlikdən irəli gəlir", - ölkənin Rabitə Nazirliyi bildirib.
Qeyd edək ki, qərara səfir Qordon Kriquetin 2021-ci il dövlət çevrilişindən sonra Çadın mülki idarəçiliyə keçidinin ləngiməsi ilə bağlı şərhləri səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31