Nigeriyada silahlılar 80 nəfəri QAÇIRIB

Nigeriyanın şimal-qərbində silahlılar bu gün səhər saatlarında çoxlu uşaq və qadınların da olduğu 80 nəfəri qaçırıblar.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə "Premium Times" qəzeti xəbər verib.

Məlumata əsasən, silahlılar 80 nəfəri qaçıraraq naməlum istiqamətə aparıblar. Yerli sakinlər oğurlananların sayının 100-ü keçə biləcəyini istisna etmirlər.

Silahlıların tapılması və oğurlananların azad edilməsi üçün əraziyə gücləndirilmiş hərbi polis dəstəsi göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31