BKS-a göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi AÇIQLANDI
8 Aprel 2023 21:47 DünyaSəudiyyə Ərəbistanının iki astronavtdan ibarət Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi açıqlanıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bununla bağlı Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, NASA, "SpeysX" və "Axiom Space" şirkətlərinin Ər-Riyadda keçirilən birgə mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavinin daxil olduqları "Axiom-2" missiyası mayın 8-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək. Onları təcrübəli amerikalı astronavtlar Peqi Uitson və Con Şofner müşayiət edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31