Vladimir Putinin köməkçisi İrana SƏFƏR EDİB
8 Aprel 2023 19:34 DünyaRusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.
Onun İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən ölkənin birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31