"Rusiya qırıcılarının qarşısı alındı"
8 Aprel 2023 18:35 DünyaNATO-nun hava patrulunu həyata keçirmək üçün Baltikyanı ölkələrdə yerləşən Rumıniya qırıcıları Rusiyanın iki Su-27 təyyarəsini təqib edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
"Beynəlxalq sular üzərində uçan NATO-nun məsuliyyət zonasında iki naməlum təyyarə aşkar olunub. Standart prosedurlara uyğun olaraq, Rumıniya F-16-ları hava vəziyyətini aydınlaşdırmaq üçün xəbərdarlıq edib. Bundan sonra Rusiya qırıcıları təhlükəsiz şəkildə oradan uzaqlaşdırılıb", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31