ÜST üzvü ölkələr epidemiya proseslərinə hazırlıq danışıqları barədə razılığa gəliblər- ÖZƏL
7 Aprel 2023 16:30 DünyaÜmumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr gələcək epidemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə qlobal saziş üzrə danışıqların necə davam edəcəyi ilə bağlı razılığa gəliblər.
Olaylar.az xəbər verir ki, ÜST-dən verilən yazılı açıqlamaya görə, ÜST-nin 194 ölkəsinin daxil olduğu Hökumətlərarası Danışıqlar Qurumunun (INB) beşinci iclasında pandemiya sazişi layihəsi ilə bağlı fikirlər paylaşılıb. Üzv dövlətlər 2024-cü ilin mayında Ümumdünya Səhiyyə Assambleyasına təsdiq üçün təqdim olunacaq plan layihəsi və danışıqların necə davam edəcəyi barədə razılığa gəliblər. Razılığa gəlindi ki, ölkələr aprelin 22-dək əlavə yazılı təkliflər təqdim edə bilər və bu təkliflər digər təkliflərlə birlikdə layihəni hazırlayan qrupa təqdim edilmək üçün paket şəklində tərtib edilsin. INB mayın 22-dək bütün təqdimatlar əsasında mətn hazırlayacaq. INB Bürosunun həmsədri hollandiyalı Roland Driece deyib ki, "Dünya COVID-19 cavabında səhvləri təkrarlamamağımıza kömək edəcək razılaşmanın zəruriliyini qəbul edir. Bunu necə etmək barədə masada çoxlu konstruktiv təkliflər var".