Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - FOTO
27 Mart 2023 10:07 DünyaMəşhur aktyor Köksal Engür vəfat edib.
Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, ötən gün səhhəti pisləşən Köksal onun üçün çağırılan təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Engür Göztepe Medikal Park xəstəxanasına çatdırılanda artıq onun orqanizminin funksiyasını dayandırdığı məlum olub.
Bu barədə aktyorun yaxın dostu Cengiz Bozkurt məlumat yayıb. 76 yaşlı Engürün uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Aktyor bu gün Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Köksal Engür sonuncu dəfə "Leyla ile Mecnun" serialının 4-cü mövsümündə rol almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31