Azərbaycanlı tələbənin ölüm xəbər ilə bağlı yeni məlumat - Müəllim paylaşımı sildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Şahin Vəliyevin baş verən güclü zəlzələ nəticəsində həlak olması xəbəri yalandır. 

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə onun müəllimi Hülya Berktaş Bingöl məlumat yayıb, daha sonra o, paylaşımı silib.

Məlumata görə, Şahin Vəliyevin həlak olması xəbəri ilə bağlı nə səfirliyimizdə, nə ailəsində, nə də dostlarında bu məlumat yoxdur. 

Hazırda Çin xilasediciləri 4 azərbaycanlı tələbənin yaşadığı binada axtarışlarını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31