Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 406-ya çatdı
9 Fevral 2023 23:26 DünyaTürkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 406-ya yüksəlib.
Olaylar.az bildirir ki, Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.
Nazir bildirib ki, yaralıların sayı isə 71 866 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31