"Qırıcılarımızı Ukraynaya verə bilmərik"
9 Fevral 2023 23:02 DünyaBelçikanın öz qırıcılarına ehtiyacı var və onları Ukraynaya göndərə bilməz.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belçikanınn Baş naziri Aleksander de Kroo deyib.
"Öz qırıcılarımıza ehtiyacımız var. Məsələn, NATO və öz hava məkanımızın qorunması üçün istifadə edilir. Qırıcılarımızdan imtina etmək imkanımız yoxdur", - baş nazir bildirib.
Eyni zamanda Kroo vurğulayıb ki, Belçika Ukraynaya genişmiqyaslı yardım paketi ilə bağlı razılığa gəlib və bunu qiymətləndirməmək mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31