Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 134-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 134-ə yüksəlib.

Olaylar.az xəbər verir ki, yaralıların sayı isə 70 347 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31