Minsk və Moskva Rusiya qazı ilə bağlı razılıq əldə edib?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarusun energetika naziri Viktor Karankeviç mətbuat konfransı zamanı bildirib ki, Minsk və Moskva 2023-cü il üçün Rusiya qazının qiyməti ilə bağlı razılığa gəlməyiblər. "Hələlik yekun qərar yoxdur. Bu, həssas məsələdir, iş davam edir, bu, ən yüksək səviyyədə həll olunacaq". 2022-ci ildə Rusiya qazının Belarus üçün qiyməti min kubmetr üçün 128,5 dollar təşkil edib. Eyni zamanda Minsk qazın pulunu rus rublu ilə ödəyir. Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə vahid qaz bazarının formalaşmasında problemlər və onun həyata keçirilməsi üçün müəyyən edilmiş müddətlərə əməl edilməməsi barədə məlumat verib. Lukaşenkonun sözlərinə görə, proqramların həyata keçirilməsində enerji resurslarının qiymətlərinin müəyyən edilməsi məsələləri ön plandadır, çünki Belarus iqtisadiyyatının rəqabət qabiliyyəti bundan asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31