Ukraynadan Rusiyaya nə qədər qaçqın gəlib?- ÖZƏL
19 Dekabr 2022 12:01 DünyaOlaylar.az xəbər verir ki, 2022-ci ilin fevralından Rusiyaya Ukrayna və Donbasdan 5 milyondan çox qaçqın gəlib. Bu barədə hüquq-mühafizə orqanlarının son məlumatlarında deyilir. "Fevral ayından indiyədək Rusiya Federasiyasının ərazisinə 5 milyondan çox qaçqın gəlib". Bunlardan 721 mindən çoxu uşaqdır. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukraynadan, Donetsk və Luqansk Xalq Respublikalarından olan təxminən 4 milyon qaçqının könüllü olaraq Rusiyaya getdiyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti əlavə edib ki, bütün qaçqınlarla iş aparılır və onların hamısına yaşayış, qida, ilkin tələbat və sosial müavinətlərlə bağlı təcili problemlərin həllinə köməklik göstərilir. Rusiya indiyə qədər Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətlərinin ərazisindən gələn qaçqınlara 12 milyard rubldan maddi yardım göstərib.