"Twitter" obyektiv, qərəzsiz olmalıdır - ÖZƏL
19 Dekabr 2022 10:58 Dünya""Twitter" obyektiv, qərəzsiz olmalı və müxtəlif nöqteyi-nəzərlər arasında real rəqabəti təmin etməlidir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov amerikalı milyarder İlon Maskın vəzifəsindən istefa verib-verməməsi ilə bağlı keçirdiyi sorğuya cavab olaraq bildirib.
"Yeni Twitter-dən tələb olunan yeganə şey qərəzsiz yanaşma, obyektivlik və müxtəlif baxışların real rəqabət qabiliyyətidir", - rusiyalı ekspert diplomat deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31