Mavi Qübbə Muzeyindən oğurlanan briliantların bir qismi TAPILDI
17 Dekabr 2022 21:28 DünyaAlmaniyanın Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən 2019-cu ildə oğurlanan briliantların bir qismi tapılıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, polis oğurluqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Onların evlərindən 31 ədəd brilyantlarla bəzədilmiş muzey eksponatı müsadirə edilib. Şübhəlilər muzeyə şüşəni sındıraraq girdiklərini etiraf ediblər.
Qeyd edək ki, 2019-cu ildə Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən (Grünes Gewölbe) 4300 ədəd briliantla bəzədilmiş 21 nadir eksponat oğurlanıb. Oğurlanan inventarın dəyəri təxminən 114 milyon avrodur. Nadir eksponatların əksər hissəsi tapılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31