"Yunanıstan təyyarələrimizin qarşısını almağa cəhd edib" - Türkiyənin Milli Müdafiə Nazirli
17 Dekabr 2022 19:05 DünyaYunanıstan Hərbi Hava Qüvvələri Egey dənizi üzərində Türkiyə təyyarələrinin qarşısını almağa cəhd edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
"Yunanıstan Hərbi Hava Qüvvələri beynəlxalq hava məkanında NATO missiyası çərçivəsində tapşırıqları yerinə yetirən təyyarələrimizin qarşısını almağa cəhd edib, onlara lazımi cavab verilib. NATO missiyası uğurla başa çatıb", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31