“Ruslar, Afrikadan rədd olun” - Rus Evinin rəhbərinə göndərilən MƏKTUB

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərində yerləşən Rus Evinin rəhbəri Dmitri Sıtıy üzərində "Bütün fransızlardan" yazısı ilə içində partlayıcı olan bağlama alıb.

Olaylar.az xəbər verir ki, Rusiya mətbuatı bağlamanın içində olan məktubun şəklini yayıb. Məktubda "Bütün fransızlardan" və "Ruslar, Afrikadan rədd olun" yazısı yazılıb.

Bağlamanın partlaması nəticəsində D.Sıtıy xəsarət alıb. Hazırda xəstəxanada müalicə alan D.Sıtıyın vəziyyəti ağır qiymətləndirilir.

MAR polisi hadisəni terror aktı adlandırıb. Bağlama Aleks Sevilyano Minques adlı şəxs tərəfindən Toqonun paytaxtı Lomedən poçtla göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31