Nikol Paşinyan Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb
16 Dekabr 2022 22:07 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murla görüşüb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, 2022-ci ildə Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri də Ermənistana səfər ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31