Bu məhsulların da tədarükü QADAĞAN EDİLDİ

Avropa Birliyi Rusiyaya oyuncaq dronların, portativ kompüterlərin, radionaviqasiya sistemlərin, radionəzarət avadanlıqların, kameraların Rusiyaya tədarükünü qadağan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən məlumatda deyilir.

Sənədə əsasən, yeni məhdudiyyətlər oyuncaq və istirahət üçün nəzərdə tutulmuş dronlara, mürəkkəb generatorlara, daşınan kompüterlərə və kompüter komponentlərinə, elektron sxem lövhələrinə, radionaviqasiya sistemlərinə, radionəzarət avadanlıqlarına, təyyarə mühərriklərinə və mühərrik hissələrinə şamil edilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31