"Mixail Saakaşvilinin cəzasının təxirə salınmasını təmin etməyə çağırırıq" - BƏYANAT
16 Dekabr 2022 19:51 DünyaUkrayna Xarici İşlər Nazirliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsindən dərin narahatlıq hissi keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, Saakaşvilinin Avropa və ya Amerikada müalicəsinə icazə verilməlidir:
"Ukrayna vətəndaşının kritik vəziyyətini nəzərə alsaq, Gürcüstan tərəfini ona müvafiq tibbi yardım göstərməyə, habelə Mixail Saakaşvilinin cəzasının onun müalicəsi üçün təxirə salınması və Avropa Birliyinə və ya Amerika klinikalarından birinə köçürülməsi ilə bağlı vəsatəti təmin etməyə çağırırıq".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31