Ukraynada müharibədə indiyə qədər 449 uşaq həlak olub
16 Dekabr 2022 16:17 DünyaRusiyanın müharibəsi nəticəsində Ukraynada həlak olan uşaqların sayı açıqlanıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram"da məlumat verib.
Bildirilib ki, fevralın 24-dən bu günə qədər "Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 449 uşaq ölüb, 859 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
Baş Prokurorluq bildirib ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan və müvəqqəti işğal olunmuş ərazilərdən dəqiq məlumat almaq mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31