Yaponiya hakimiyyəti nədən narahatdır?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Tokio Moskvanın Ukraynadakı vəziyyətlə bağlı hərəkətlərindən, eləcə də Rusiyanın Asiya-Sakit okean regionunda fəaliyyətindən, Çin Xalq Respublikası ilə "strateji əməkdaşlığın" gücləndirilməsindən "ciddi narahatdır". Bu barədə  Yaponiyanın yenilənmiş milli təhlükəsizlik strategiyasında deyilir. "Rusiya Federasiyasının Hind-Sakit Okean regionunda, o cümlədən ölkəmiz ətrafında xarici fəaliyyəti, hərbi fəaliyyətləri, ÇXR ilə strateji əməkdaşlıqla yanaşı, ciddi təhlükəsizlik narahatlığı yaradır". Bundan əvvəl bildirilmişdi ki, Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursu dəyişməz saxlayıb. Yaponiyanın dərc olunmuş yeni milli təhlükəsizlik strategiyasından belə çıxır ki, Tokio özünümüdafiəni təmin etməyə yönəlmiş siyasətə sadiq qalmaqda davam etmək niyyətindədir və hərbi supergüc olmaq niyyətində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31