Donbasa Ukraynanın qərbindən həkimlər gəlir - ÖZƏL
12 Dekabr 2022 12:49 Dünya"Ukraynanın qərbindən həkimlər Ukrayna Silahlı Qüvvələrinin verdiyi böyük itkilərlə mübarizə aparmaq üçün Rusiyanın xüsusi hərbi əməliyyatı zonasına gəliblər".
Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) xalq milisinin zabiti Andrey Maroçko deyib.
"Ukraynanın qərbindən çoxlu sayda həkimin gəlişi Konstantinovka, Çasov Yar və Artyomovskda qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin çoxlu itki verdiyinə görə onlar tibb işçilərini döyüş bölgəsinə yerləşdirməli olublar", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31