Ruslar daşınmaz əmlakda hansı ölkələrə sərmaye qoyub? - ÖZƏL

Olaylar.az xəbər verir ki, rusların xaricdə daşınmaz əmlaka investisiya yatırması üçün ən populyar ölkələrin reytinqinin ilk üç cərgəsini Türkiyə , Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan tutur . Bu barədə  beynəlxalq daşınmaz əmlak brokeri Tranio-nun araşdırma məlumatlarında yazıb .

Tədqiqatda deyilir: "Ruslar arasında ən populyar 5 istiqamətə Türkiyə (sorğuların 24%-i), Birləşmiş Ərəb Əmirlikləri (10%), Gürcüstan (9%), İspaniya və Yunanıstan ( hər biri 8%) daxildir.

Bundan əlavə, Kipr , Tayland , Monteneqro , Fransa və İndoneziya ilk onluqda yer alıb . Qeyd olunur ki, 2022-ci ilin yanvar-noyabr aylarında rusların xaricdə daşınmaz əmlaka tələbi digər MDB ölkələrinin əksəriyyətinə nisbətən daha çox - 89% artıb.

Xarici mənzillərin alınmasına maraq yalnız Moldovada daha yüksəkdir.  Bu müddət ərzində orada 2021-ci ilə nisbətən iki dəfə çox alış edilib. Ermənistan və Qırğızıstanda tələb müvafiq olaraq 43% və 44% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31