İran bu dəfə Çindən zərbə aldı - ÖZƏL

"Çin Prezidenti Si Cinpinqin Səudiyyə Ərəbistanına səfəri  İran rejimi tərəfindən böyük  yüksəkliyi ilə qarşılanmışdı. Çünki bir il bunda öncə Çin ilə İran arasında strateji əməkdaşlıq haqqında 25 illik müqavilə imzalanmışdı və bu ölkələr ən azından müttəfiq hesab olunurdular. Digər tərəfdən  ruhani rejimi hesab edirdi ki, Çinin Səudiyyə Ərəbistanı və Fars körfəzində yerləşən digər ölkələrlə münasibətlərinin inkişaf etdirilməsi Amerika Birləşmiş Ştatlarının nüfuzunun getdikcə region ölkələrində azalması ilə nəticələnəcək, yaxud ən azından Çin-ABŞ münasibətlərində gərginliyi artıracaq. Çin-Amerika maraqlarının  Fars körfəzi regionunda toqquşması İran üçün öz eksponsionist siyasətini genişləndirmək üçünəlavə imkanlar yarada bilərdi". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, amma Fars Körfəzi ölkələri ilə Çin Prezidentinin görüşünün sonunda imzalanan bəyanat Tehran rejiminin bütün ümidlərini alt-üst etdi: "Hətta İran siyasətçilərinin proqnozlaşdırdıqlarına görə Çin-İran münasibətləri bu hadisədən sonra bir daha əvvəlki kimi müttəfiqlik ruhunda olmayacaq. Qeyd olunan bəyanatda İrana bir neçə bənd həsr olunub və bu bəndlərin hamısında İranın regiondakı oynadığı pozucu rol tənqid edilib. İranı ən çox qəzəbləndirən  isə Birləşmiş Ərəb Əmirliklərinə aid  olduğu iddia edilən üç adanın mənsubluğu  ilə bağlı müzakirələrin aparılmasının vacibliyinin qeyd olunduğu bənddir. Bu adaları 1971-ci ildə Böyük Britaniya regiondan çıxandan sonra İran şahı zor gücünə öz torpaqlarına qatıb və o zamandan bu vaxta qədər BƏƏ İranla bu məsələ ilə bağlı münaqişədədir. Əmirliklər adaların gec-tez İrandan alacaqlarını qarşılarına məqsəd qoyublar və bu istiqamətin fəaliyyətlərini hər keçən gün daha vüsətlə davam etdirirlər.Çin Prezidentinin iştirakı ilə keçirilən Fars Körfəzi ölkəlri liderlərinin Sammitinin yekun bəyanatında adaların BƏƏ-yə aid olduğunun bir daha öz əksini tapması və bu bəyanatda Si Cinpinin imzasının düşməsi İranı ciddi şəkildə narahat edib. Ruhani rejimi Çin tərəfindən atılan bu addımı arxadan vurulan zərbə kimi qiymətləndirirlər. Hadisələrin inkişafı Çin-İran münasibətlərinin daha da pisləşməsinə doğru gedir. Belə olarsa İran beynəlxalq arenada Çin kimi qlobal bir dövlətin yardımından məhrum olacaq. Bu isə İran üçün həqiqətən ciddi zərbədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31