Çindəki etirazlar nəticə verir- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Çin hakimiyyəti bütün ölkədə koronavirusa qarşı məhdudlaşdırıcı tədbirləri yumşaltmaq qərarına gəlib. Bildirilir ki, hazırda ərazi-inzibati vahidlər  tərəfindən koronavirusun yayılması üçün yüksək riskli zonaların tətbiqi əvəzinə, konkret evlər, binalar və ya mənzillər üçün məhdudiyyətlər tətbiq edilir.  Həmçinin, rejimin rahatlaşması asimptomatik yoluxmuş insanlara təsir edib.  İndi onlar evdə özünütəcrid və könüllü mərkəzləşdirilmiş karantin arasında müstəqil seçim etməyə dəvət olunurlar. Əvvəllər Pekin sakinlərinə COVID-19 üçün mənfi nəticə vermədən parklara, supermarketlərə, ofislərə və hava limanlarına getməyə icazə verilirdi. COVID-19 tədbirlərinin yumşaldılması Çində bir neçə gün davam edən kütləvi etirazlar fonunda baş verib.  Noyabrın 24-də Urumçidə baş verən yanğında 10 nəfərin ölməsindən sonra Şanxay, Nankinq, Vuhan və digər böyük Çin şəhərlərində karantinlara qarşı etirazlar başlayıb. Karantinlə əlaqədar insanların binanı tərk etməsi qadağan edilib, şəhərdə yollar bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31