Almaniyada çevriliş cəhdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyada bir rus qadın da daxil olmaqla 27 nəfər dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Almaniya Baş Prokurorluğu qeyd edib ki, polisin xüsusi əməliyyatı zamanı saxlanılan şəxslər Bundestaqa basqın etməyi və siyasətçiləri ələ keçirməyi planlaşdırıblar. Qeyd olunur ki, hakimiyyəti ələ keçirməyə hazırlaşarkən ifrat sağçı ekstremistlər alternativ hakimiyyətlər, o cümlədən yarımhərbi qanad yaradıblar. Bundan əvvəl məlum olmuşdu ki, Almaniya polisi iddia edilən sağ ekstremistlərə qarşı xüsusi əməliyyat keçirir. Almaniyanın xüsusi təyinatlı qüvvələrinin Almaniyanın 11 ştatında eyni vaxtda fəaliyyət göstərdiyi bildirilir. Axtarışlar 130-dan çox evdə, ofisdə və digər binalarda aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31