Ölümlə yarış: Hindistanda 8 yaşlı uşaq quyuda xilas olunmağı gözləyir ÖZƏL/FOTO
7 Dekabr 2022 11:21 DünyaHindistanda 16 saatdan çox dar quyuda qalan səkkiz yaşlı uşağı xilas etmək üçün xilasetmə əməliyyatı aparılır.
Olaylar.az xəbər verir ki, Tanmay Sahu adlı uşaq çərşənbə axşamı, axşam saatlarında dostları ilə oynayarkən mərkəzi Madhya Pradeş əyalətində quyuya düşüb.
Rəsmilər deyirlər ki, o, 120 metr dərinlikdəki quyunun təxminən 16 metrində ilişib.
Xilasedicilər uşağa yuxarıdan oksigen vururlar, lakin qatı palçıq qatları bu prosesi əngəlləyir.
Su qıtlığı səbəbindən Hindistanda bir nfermerlər suvarma məqsədləri üçün buruqlar yaradır, quyular qazırlar. Lakin bu quyular insanların ehtiyatsızlıq nəticəsində yıxılıb həyatlarını riskə atmağına gətirib çıxarır.
Üstü açıq qalan bu quyular yoldan keçənlər, xüsusən də uşaqlar üçün ciddi təhlükədir.
Qeyd edək ki, bundan əvvəl də bir neçə uşaq bu tip quyulara düşdükdən sonra boğularaq ölüb.
