"Qərar gələn ilin əvvəlində veriləcək" - Ağ Ev

ABŞ Prezidenti Co Bayden gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərarı vermək niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu çərşənbə axşamı brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Bunu əvvəllər dediyimi eşitmisiniz: prezident namizəd olmaq niyyətindədir və bunu ailəsi ilə müzakirə edəcək və çox güman ki, gələn ilin əvvəlində qərar verəcək", - deyə K.Jan-Pyer müvafiq suala cavabında bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31