İnsan orqanlarından qazanılan trilyonlar
16 Sentyabr 2022 10:54 DünyaDünya tibb sahəsində ən çox fikir ayrılığı yaradan mövzulardan biri də orqan transplantasiyasıdır. Elm adamları, din xadimləri, hüquqşünaslar hər zaman bu mövzuda fikir ayrılığı yaşayır. Hətta, öz içlərində də bir neçə yerə bölünürlər. Dünyada orqan nəqli haqqında fikirlərin ortaya çıxmasından 54 il ötsə də, ortada həmrəy ifadə yoxdur. Son bir neçə ildə isə bu mövzunun əleyhinə fikir bildirən insanların sayı artıb.
Beyin ölümü insanın öldüyü mənasına gəlirmi?
2008-ci ildən bu yana, hətta Vatikan bi dövlət olaraq, beyin ölümünü ölüm kimi qəbul etməməyə başlayıb. Amerikalı bir çox alimlər ölümün sadəcə ruhun bədəni tərk edərsə, mümkün olacağını bildiriblər. Dünyanın məşhur universitetlərində heyvanlar üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, ölüm halı qeydə alınan bəzi canlılar həyata geri qaytarıla bilib. Son 15 ildə dünyada bu mövzuda ciddi irəliləyişlər var.
Beyin və cismi ölüm fərqli zamanlarda yaşanır?
Keçmişdə tibb adamları üçün sadəcə ölüm qavramı var idi. 1968-ci ildə Harvard universiteti alimləri tərəfindən beyin ölümü anlayışı irəli sürülüb. Bundan sonra ölüm təsvirləri dəyişməyə başladı. Bunu ən başda vurğulamaq lazımdır ki, bir şəxs həyatını itiribsə, cəsəddən göz qişasından başqa heç bir orqan götürülə bilməz. Ziddiyyətlər bu nöqtədən sonra ortaya çıxmağa başlayır. Beyin ölümü diaqnozu qoyulan şəxslərin bir daha yaşamayacağı deyilir. Ancaq yenidən həyata qaytarılan yüzlərlə insan var. 2009-cu ildə orqanları alınmaq üçün hazırlıqlar görünən şəxs həyata geri qayıdıb.
Bu hadisədən sonra həkimlərin bir çoxu məsələ haqqında fikirlərini dəyişiblər.
İnsanların bir çoxu beyin ölümü zamanı ətrafda baş verən hadisələri eşitdiklərini bildiriblər. Həkimlər həmin xəstələrin hərəkətlərini hər zaman "refleks" adlandırıb. Bununla bağlı çox hekayələr var. Ancaq tibb bu mövzu haqqında danışmamağa üstünlük verir.
Həqiqətən xəstə ölməmiş olsa, həkimlərin etdiyi cinayət sayılırmı?
Beyin ölümü diaqnozuna səbəb olan dərmanlar, travmalar var. Bitkisəl həyat və beyin ölümü diaqnozu fərqli anlayışlardır. Zamanında Harvard universitetinin kimə aid olduğu, nələr üçün istifadə edildiyi ilə bağlı yayılan şaiyələrə görə, insanlar oradan ortaya atılan tədqiqatlara da inanmaq istəmirlər. 1968-1980-ci illər arasında ölkələrdən bir çox akademiklər yığılaraq, Amerikaya aparılıb. Orada bu haqda biliklərə yiyələndikdən sonra ölkələrinə geri göndəriliblər.
2005-ci ildə Türkiyədə nəşr edilən bir kitabda həkimlər bitkisəl həyatla beyin ölümü arasındaki fərqləri izah edə bilməyiblər.
Bu mövzuda çıxılmaz vəziyyətə düşən insanlar əksər hallarda bu sözləri deyir- "Orqan transplantasiyası üçün danışıqlara başladıq. Bizə qarşı çox yumuşaq davranışlar sərgiləyirdilər. Orqan bağışlanmasını rədd etdiyimiz andan etibarən yumuşaq davranışların yerini sərt ifadələr aldı".
Hazırda qardaş ölkə Türkiyədə ildə 4000-5000 orqan transplantiyası həyata keçirilir. Eyni zamanda minlərlə insana hər gün bu orqan çatışmazlığı diaqnozu qoyulur.
Niyə insanların bu problemlərlə üzləşdiyini düşünmək yerinə, orqan nəqli üçün kampaniyalar başladılır?
Niyə 50 il öncə insanlarda orqan yetməzliyi problemi nadir hallarda görünsə də, hazırda körpələrdə belə bu problem var?
Elm adamların bu mövzuda ən çox düşünməsi lazım olan şeylər, insanların nəyə görə bu terrora qurban getməsidir.
Orqan transplatiyası mövzusunda ailələr necə rol oyanamalıdır?
Türkiyəli alim qeyd edir ki, insan bədəni nə ailənin nə də dövlətin mülküdür. Bu nöqtədə insanı heçə saymaq həyatını itirən şəxsə edilən haqsızlıqdır. İnsan bəzən özü də bədəni üzərində söz haqqına sahib deyil. Din adamları qeyd edir ki, insan bədəninə özü də toxuna bilməz. Yaralaya bilməz, intihar edə bilməz.
Bədənin özündə yeniləyə bildiyi və yeniləyə bilmədiyi orqanlar mövcuddur. Yumurtalıq, sperma nəqli məzhəb problemləri ortaya çıxarır. Avropada bu qəbildən edilən hər nəqlə görə şəxsə 500 avro pul ödənilir. Fərqli-fərqli ölkələrdən əldə edilən orqanlar işi ticarətə çevrib. Şərq ölkələrinin bir çoxu hazırda orqan qaçaqçılığı ilə genişmiqyaslı şəkildə iç-içədir. Hər il Suriyada yüzlərlə insan orqan qaçaqçılığının qurbanına çevrilir.
Ticarətə çevrilən orqan bazarı ilə necə mübarizə aparmaq olar?
"İnsan əti və qanı ilə bəslənən iqtisadiyyat" adlı kitabın avropalı yazarı kitabında orqanlara uyğun qiymət cədvəli belə tərtib edib.
Kitabda qeyd olunub ki, "Ən populyar insan hissələri böyrək, qaraciyər, ürək olsa da, bədəndəki hər zərrənin bir alıcısı var".
Türkiyəli alimin televiziyada çıxışı zamanı diqqət çəkmək istədiyi nüanslardan biri də varlıların hər zaman alıcı, kasıbların isə verici tərəfi olmasıdır. Dünyada 5 ayını keçən dölün abort etdirilmə səbəbi çox vaxt orqan transplantiyası olur.
Uzaq Şərqdə bəzi ölkələrdə qadınlar əsir alınır, təcavüzə uğrayır, hamilə qalır. Doğuş prosesindən sonra körpə orqan transplantiyasi üçün istifadə edilir.
1991-ci ildə Almaniyada 250-ə yaxın elm adamı görüşərək, bu, məsələni müzakirə edib. Etiraz edənlər olsa da, aralarında bunu etdiyini etiraf edənlər belə olub. Türkiyədə illər öncə onlarla sağlıq işçisi orqan qaçaqçılığı etdiyi üçün həbs edilib.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı araşdırmasını "Olaylar"la bölüşüb:

"Orqan transplantasiyası məsələsi müəyyən vaxtdan bir ortaya atılır. Xüsusi adamlar bununla bağlı sentimental romanlar danışır, öldükdən sonra orqanlarını insanlara bağışladığını deyirlər. İlk baxışda humanist bir addım kimi görünsə də, heç də elə deyil. Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır. Söhbət yalnız ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsindən gedə bilər. Yəni, ölməmiş insandan zorakılıqla və əzabla çıxarılmış orqanlardan. Təbii ki, beyin ölümü kimi saxta diqnoz qoyaraq.
Buna şərait yaradılsa, həkimlər beyin ölümü diaqnozu qoyaraq xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür. Beyin ölümü belə insanın tam ölümü demək deyil. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda şübhələr olmadıqda.
Bəzi ölkələrdə orqan transplantasiya haqda qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Misal üçün, müharibə törədilən ölkələrdə- Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Ukraynada, Misirdə... yüz minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır. Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi-əxlaqi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir"
Əfsanə Kamal