Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini sayını açıqlayıb
1 İyul 2022 11:51 Dünya"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 750 hərbçi təşkil edir".
Olaylar. xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1577 tank, 3736 zirehli maşın, 796 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 645 operativ-taktiki PUA, 143 qanadlı raket, 14 gəmi/qayıq, 2610 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.
Bildirilib ki, Rusiya ordusu daha çox Baxmut istiqamətində itkilər verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31