"Biz İranı atılan addımlardan imtina etməyə çağırırıq" - BMT
30 İyun 2022 23:54 DünyaBMT nüvə sazişinə qayıtmaq barədə razılığa gəlmək üçün ABŞ-ı İrana qarşı sanksiyaları, o cümlədən neft ticarəti sahəsində sanksiyaları ləğv etməyə və ya dayandırmağa çağırır.
Olaylar.az bildirir ki, bu barədə Ümumdünya Təşkilatının Siyasi Məsələlər üzrə Baş katibinin müavini Rozmari Di Karlo deyib.
"Biz ABŞ-a İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində sanksiyaları ləğv etməyə və ya dayandırmağa və İranla neft ticarətinə istisnaların genişləndirilməsinə çağırışımızı təkrar edirik", - deyə o bildirib.
Rozmari Di Karlo əlavə edib ki, İranın nüvə və raket proqramlarının inkişafı BMT-ni narahat edir: "Biz İranı atılan addımlardan imtina və BHFP üzrə öhdəliklərinə əməl etməyə çağırırıq".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31