"Baydenin səmimi səyləri güclü dəstək alacaq" - Rəcəb Tayyib Ərdoğan
30 İyun 2022 23:14 DünyaTürkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Cənab Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm", - o, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, Bayden daha əvvəl Türkiyəyə F-16 qırıcıları satışını dəstəkləmişdi. O, həmçinin xatırladıb ki, bu cür razılaşmalar ABŞ Konqresinin təsdiqini tələb edir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31