"Düşmən Lisiçansk şəhəri yaxınlığındakı mövqelərimizi atəşə tutur" - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı

Lisiçansk uğrunda döyüş davam edir. Rusiya qüvvələri şəhərin neft emalı zavodu ərazisində qismən uğur qazanıblar.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"Düşmən qoşunlarımızın Lisiçansk şəhəri yaxınlığındakı mövqelərini atəşə tutur. Lisiçansk neft emalı zavodu ərazisində hücum əməliyyatları apararaq qismən uğur qazanır: zavodun şimal-qərb və cənub-şərq hissələrini tutublar", - deyə hesabatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31