"Ukraynaya dəstəyimiz davam edəcək" - Ştaynmayer
30 İyun 2022 20:47 DünyaAlmaniya Prezidenti Frank-Valter Ştaynmayer və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə alman hökuməti məlumat yayıb.
Söhbət zamanı Ştaynmayer Almaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib, rəsmi Kiyevi Avropa Birliyinə üzvlük üçün namizədlik statusu alması ilə bağlı təbrik edib. Həmçinin Ştaynmayerin Kiyevə mümkün səfəri ilə də bağlı müzakirə aparılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31