İnsan ətinə bənzər burger hazırlandı – “Məqsədimiz insanları narahat etməkdir…”

İnsan ətinə bənzəyən veqan burger mükafat qazanıb.

İsveçdə yerləşən bitki əsaslı protein istehsalçısı "Oumph!"un istehsal etdiyi burger 20-24 iyun tarixlərində Fransada keçirilən "Cannes Lions" Beynəlxalq Yaradıcılıq Festivalında "Brand Experience & Activation" kateqoriyasında Gümüş Şir mükafatına layiq görülüb.

Şirkət 2021-ci ilin oktyabrında sözügedən burgeri Hellouin bayramı üçün birdəfəlik istehsal etdiyini elan etmişdi.

Burgerin istehsalının Hellouin bayramından sonra dayandırıldığı bildirilir.

İnsan əti ideyası qorxulu olsa da, şirkət bu addımı ilə heyvanlardan hazırlanan məhsulların mənşəyini şübhə altına almağı hədəflədiyini bildirib.

"Oumph!"un həmtəsisçisi Ankan Linden bu burgerin maraq və bir az da ikrah hissi doğuracağını gözlədiyini deyib və ideyanın insanları narahat etmək məqsədi daşıdığını vurğulayıb.

"Oumf!" şirkətinin meneceri Henrik Akerman aldığı mükafat və gördükləri işlə fəxr etdiyini söyləyib:

"Bizim missiyamız insanların yemək tərzini dəyişdirməkdir. Biz kiçik brendik. Buna görə də cəsarətli və bəzi sərhədləri aşmağa hazır olmalıyıq. Məncə, bu mükafat bizim gördüyümüz işin yaxşı qiymətidir".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31