Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı müəyyən edilib.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında açıqlayıb.
"Xəstə 37 yaşında, immunitet sisteminin zəifliyindən əziyyət çəkən biridir. O, özünü təcrid edib. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçir", - deyə Qoca bildirib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00